Bu gün keçirilmiş valyuta hərracında manat və dolların səviyyəsi dəyişmədi

17:35 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar öz mövqelərində qaldılar.

"21 dekabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır", - AMB-dan belə xəbər verildi.

Dekabrın 19-da keçirilmiş əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7001 AZN/1 USD təşkil etmişdir.

 

 

Bütün xəbərlər