AMB valyuta hərracı keçirib

13:05 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirib.

“Dekabrın 26-da keçirilmiş valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha əvvəlki, dekabrın 24-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər