İtaliyanın xarici işlər naziri Azərbaycana səfərə gələcək

14:45 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyalı həmkarı Ancelino Alfanonu Bakıya səfərə dəvət edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan və İtaliya XİN-nin başçıları arasında cümə axşamı günü telefon danışığı olub.

“Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və Angelino Alfano dəvəti məmnuniyyətlə qəbul edib”, - məlumatda belə deyilir.

Telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafı üzrə fikir mübadiləsi aparılıb, İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunub.

Elmar Məmmədyarov İtaliyanın 2018-ci ildə ATƏT-in Fəaliyyətdə olan sədri statusunu üzərinə götürməsi münasibətilə həmkarını təbrik edib və bu işdə İtaliya tərəfinə uğurlar arzu edib.

 

 

Bütün xəbərlər