İlin əvvəlindən etibarən Azərbaycanda 96,5 milyon manat həcmində güzəştli kreditlər ayrılmışdır

17:03 - 5.10.2017


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) özəl sektora güzəştli maliyyə köməyinin göstərilməsi üzrə  tədbirlər görməyi davam edir.

Nazirliyin məlumatında deyildiyi kimi, ilin əvvəlindən, layihələrin maliyyələşdirilməsi üçün 1270 sahibkara 96,5 milyon manat həcmində güzəştli kreditlər ayrılıb.

Bu layihələrin gerçəkləşdirilməsi ilə 3 900-dən artıq yeni iş yerinin açılması  planlaşdırılır.

 

Bütün xəbərlər