“AzərMaş” şirkətinin idarə heyətinin sədri məlum oldu

13:44 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. “AzərMaş” ASC-nə idarə heyətinin sədri təyin edilib.

ABC.AZ  İnformasiya Agentliyinə verilən məlumata görə, idarə heyətinin sədri Emin Axundov seçilib.

Xatırladaq ki, E.Axundov 15 il ərzində bank sektorunda rəhbər vəzifələrdə çalışıb.

“AzərMaş” ASC Azərbaycanda fəaliyyət göstərən avtomobil sənayesi şirkətidir. Şirkət, Neftaçala Sənaye Məhəlləsində yerli avtomobil istehsalına başlayacaq.

 

 

Bütün xəbərlər