330x110
 

VTB (Azərbaycan) bank xidmətlərini chat-bot vasitəsi ilə təklif edir

03.02.2020,10:19


3 fevral, Fineko/abc.az.  Bank VTB (Azərbaycan) müştərilərinə məhsul və xidmətlərindən rahat və sürətli şəkildə istifadə etmək imkanı yaradır. İndi bankın müştəriləri maliyyə əməliyyatlarını Direct bot virtual köməkçi vasitəsilə Facebook sosial şəbəkəsində həyata keçirə bilər. Onlar banka gəlmədən və vaxt itirmədən maliyyə məsələlərini həll edə bilər. 

Direct səhifəsinə daxil olduqda hər bir istifadəçi VİSA virtual kartı qismində hədiyyə qazanır. Bu kart sahibləri onlayn ödənişlər, o cümlədən kommunal və mobil xidmətlər üzrə ödənişlər həyata keçirə bilər, eləcə də karta köçürülən vəsaiti əldə edə bilər. 

Bot vasitəsilə aşağıdakı xidmətlərdən istifadə etmək mümkündür: 

  • balansın yoxlanması
  • hesablar üzrə ödəniş 
  • hesab rekvizitlərinin alınması
  • hesab üzrə çıxarışın alınması
  • kart vasitəsilə ölkə daxilində istənilən karta vəsaitin köçürülməsi
  • kredit, depozit və ya kartın sifarişi 

Botun daha bir üstünlüyü ondan ibarətdir ki, istifadəçi müstəqil şəkildə QR-kod yarada bilir. QR kodu skan etməklə asanlıqla kartın balansını artırmaq, dost və ya ailə üzvləri tərəfindən karta köçürülən pulu əldə etmək, kredit ödəmək və bir sıra başqa əməliyyatlar həyata keçirmək mümkündür. Müştəri həyata keçirdiyi bütün əməliyyatların təhlükəsizliyinə əmin ola bilər.

Bot vasitəsilə cari valyuta kursunu öyrənmək, bankın filial və bankomatını tapmaq mümkündür. Bot 24/7 rejimində azərbaycan və rus dillərində xidmət göstərir.  

31 mart 2020-ci il tarixinədək Promo tariflər çərçivəsində Direct bot vasitəsilə müştərilər ödənişli bank xidmətlərindən pulsuz istifadə edə bilər. Direct kartları üçün tariflər haqqında ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür. 

Bota rahatlıqla daxil olmaq üçün QR-kodu skan etmək kifayətdir: 

                                                   

 

cid:image003.jpg@01D5D575.E5B85350

Açar sözlər: VTB