330x110
 

Barama istehsalından 204 min manata yaxın gəlir əldə olunub – Kürdəmirdə müşavirə

14.02.2020,15:46


14 fevral, Fineko/abc.az. Azərbaycanda mobil tipli kümxanalar qurulacaq.

ABC.AZ xəbər verir ki, bu Kürdəmirdə keçirilən “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində məlum olub.

Belə ki, müşavirədə Azərbaycanda ilk dəfə Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər.

Nazir İnam Kərimov bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. O, mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülərimiz 204 min manata yaxın gəlir əldə ediblər.

Müəllif: Elmir Murad