330x110
 

Məsafədən bank hesablarının açılması təcrübəsi mühüm əhəmiyyət kəsb edir – Müzakirə

24.02.2020,15:52


24 fevral, Fineko/abc.az. Məsafədən bank hesablarının açılması zamanı Foreign Account Tax Compliance Act (FATCA) və Common Reporting Standard (CRS) hesabatlığının qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq elektron formada təqdim edilməsi olub.

Belə ki, 10 iyun 2019-cu il tarixində “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi ilə məsafədən bank hesablarının açılması proseduru müəyyən edilsə də FATCA və CRS hesabatlığının kağız daşıyıcılar əsasında tərtib edilməsi bu sahədə rəqəmsallaşmanın tətbiqini məhdudlaşdıran əsas amil olaraq qalıb.

 ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “Komplayns” Ekspert Qruplarından ibarət nümayəndə heyətinin İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birgə görüşü zamanı müzakiər olunub.

Görüşdə FATCA və CRS hesabatlığının elektron formada təqdim edilməsinin üstünlüyünü açıqlayan ekspert qrupunun üzvləri tətbiq olunacaq həll yolları və birgə atılacaq növbəti addımları müzakirə edərək bu sahədə rəqəmsal mühitə keçidin zəruri olduğuna qeyd ediblər.

Bu ilin yuxarıda qeyd edilən hər iki strateji sənədin icrası baxımından həlledici olduğunu nəzərə alsaq məsafədən bank hesablarının açılması təcrübəsinin uğurlu tətbiqi mühüm əhəmiyyət kəsb edir.