330x110
 

Baker Tilly Akademiyası beynəlxalq ekspert tərəfindən Bakıda keçiriləcək “Uğurlu Layihələrin Sirləri” adlı master-klassın təşkilatçısı qismində

27.02.2020,16:52


27 fevral, Fineko/abc.az.  6 mart 2020-ci il, Bakıda, Rusiyanın ən çox titula sahib layihə meneceri Vadim Boqdanov “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçirəcək və layihələrin idarə edilməsi sahəsində çoxillik təcrübəsini və biliklərini bölüşəcək.

“Layihə menecerləri üçün master-klass proqramlarının əksər hissəsi "sərt bacarıqların", yəni məhz planlaşdırma, büdcənin və risklərin idarə edilməsi bacarıqlarının inkişafına həsr edilir. Bizim proqramda "sərt bacarıqlar" ilə yanaşı, həmçinin "yumşaq bacarıqlar" barədə ətraflı məlumat verəcəyik - komandanın motivasiyası, münaqişələrin həlli, səlahiyyət və məsuliyyət bölgüsü”, master-klassın müəllifi və aparıcısı Vadim Boqdanov bildirib.

Spiker həmçinin layihələrin uğurları və uğursuzluqlarının səbəblərini təhlil edəcək, layihələrin idarə edilməsi ilə bağlı tövsiyələr verəcək və layihənin idarə edilməsi sahəsində fərdi peşəkar inkişaf planının hazırlanmasına kömək edəcəkdir.

Ətraflı məlumat və onlayn qeydiyyat üçün: https://master-class.az/projects/az, 055 946 02 70.

Qeyd edək ki, dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur.

Azərbaycan bazarında 12 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.

Baker Tilly Akademiyası Baker Tilly Azerbaijan-ın təlim və inkişaf xətti olaraq 2019-cu ildə təsis edilmişdir. Baker Tilly Akademiyası olaraq top menecerlər və müəssisə rəhbərləri, şöbə müdirləri, menecerlər, müxtəlif fəaliyyət sahələri və istiqamətlər üzrə mütəxəssislərin iş, bacarıq və səriştələrini inkişaf etdirməyə yönəlmiş dünya səviyyəli təlimlər təqdim edir.

 

Açar sözlər: Baker Tilly