Azərbaycanda Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib

16:28 - 6.10.2017


Azərbaycanda Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Assosiasiya, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə, Tütün İstehsalçıları və İxracatçılarının təşəbbüsü ilə yaradılıb.

Məlumatda deyilir: “Bu gün Zaqatalada səhmdarların təsis iclası keçirilib. İclas zamanı, Telman Həsrətov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib. Həmçinin, Assosiasiyanın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib”.

 

Bütün xəbərlər