Prezident keçmiş deputatla bağlı sərəncam verdi - Təyinat

14:28 - 12.03.2020


12 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycanın Ukraynada səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla Elmira Hüseyn qızı Axundova Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçsının digər sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

Bütün xəbərlər