330x110
 

Avromed şirkətinin rəhbəri işdən çıxdı - Dərman şirkətində nə baş verir?

12.03.2020,16:12


12 mart, Fineko/abc.az. "Avromed" şirkəti müəssiənin rəhbəri Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədovin adının maska qalmaqalında hallanması və maskaların dəyərindən baha satılması ilə bağlı açıqlama yayıb.

ABC.AZ şirkətin yaydığı məlumata istinadən bildirib ki, bəzi xəbər saytlarında bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının Bakıda tibbi maskaları dəyərindən baha satanlara qarşı apardığı əməliyyat zamanı istintaqa cəlb edilənlər arasında “Avromed Company” QSC-nin baş direktorunun həyat yoldaşının olduğuna dair yazılar yerləşdirilib.

Bununla bağlı məlumatda bildirilib1 ki, “Avromed” sahibkar Riad Məmmədova tibbi maska satışı həyata keçirməyib. Adıçəkilən şirkət bu məsələlərlə bağlı hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdır. Qeyd edək ki, Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil.

Koronovirus infeksiyanın yayılmasının qarşısını almaq üçün təkcə xəstələrin maskadan istifadə etməsi kifayət deyil, həmçinin əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq, mütləq şəkildə tibbi müəssiələrə müraciət etmək lazımdır.

Müəllif: Elmir Murad