Kreditlərin ödəmə vaxtı ilə bağlı güzəştlərin edilməsi mümkündür - Millət vəkili

10:36 - 16.03.2020


16 mart, Fineko/abc.az. Koronivirusun təsirli olduğu bir dövrdə kredit müqavilələrinin müddəti, eyni zamanda onların ödəmə vaxtı ilə bağlı müəyyən güzəştlərin edilməsi mümkündür.

Bunu ABC.AZ-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Koronovirusla bağlı bir sıra ölkələrdə özəl şirkətlər tərəfindən bəzi güzəştlərin tətbiq olunduğunu vurğulayan V.Bayramov hesab edir ki, bu həm də sosial koorporativ məsuliyyətidir. Millət vəkilinin sözlərinə görə, kommersiya banklarının da sosial məsuliyyət koorporativinə uyğun olaraq indiki həssas dövrdə müştəriləri üçün güzəştlər tətbiq etməsi məqsədəuyğun olar: "Amma kommersiya bankları özəl qurumlar olduğuna görə bütan hallarda qərarı təbii ki, özləri verməlidir. Dövlət belə məsələlərlə, xüsusən kommersiya bankları ilə bağlı bu tip qərarlar vermir.  Bir daha qeyd edirəm ki, belə qərarı bankların özləri verə bilər. O baxımdan təbii ki, belə bir qərarın verilməsi məqsədəuyğundur".   Qeyd edək ki,   artıq qonşu Gürcüstanda bəzi iri kommersiya bankları müştərilərinə kreditlərin ödənilməsi üçün verilən vaxtı uzadacağını açıqlayıb.

Belə ki, banklara borcu olanlara ödənişlərini etmələri üçün əlavə 3 ay vaxt veriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər