Türkiyədəki Azərbaycan vətəndaşları bu reyslərlə daşınacaq - Vaxt açıqlandı

11:27 - 17.03.2020


17 mart, Fineko/abc.az. Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də İstanbul-Bakı və Bakı-İstanbul istiqamətləri üzrə çarter reyslərinin vaxtı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Türk Hava Yollarından verilən məlumata görə, Bakıya olan uçuşlara yalnız Azərbaycan vətəndaşları, İstanbula isə Türkiyə vətəndaşları qəbul ediləcək.

ISTANBUL-GYD -11:00 sadəcə Azərbaycan vətəndaşları.

GYD-İSTANBUL - 15:50 sadəcə Türkiyə vətəndaşları.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər