Azərbaycana gətirilən elektrik avtomobillərinin qiyməti AÇIQLANIB

15:46 - 18.03.2020


18 mart, Fineko/abc.az. Bu ilin mart ayının 1-nə olan məlumata görə, Azərbaycana 9 ədəd elektrik, 1 273 ədəd isə hibrid mühərrikli avtomobil gətirilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki  gətirilən elektiklə çalışan avtomobillərin ümumi dəyəri 90,4 min, hibridlərin dəyəri isə 6 milyon 681 min dollar təşkil edib.

Komitənin məlumatına görə, ümumilikdə isə bu ilin yanvar-fevral aylarında ölkəyə 122 milyon 893 min dollarlıq avtomobil gətirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 378 ədəd və ya 2,3 dəfə çoxdur.

Qeyd edək ki, bu il ölkəyə gətirilən avtomobillərin 10 717 ədədi minik avtomobilləri, 64 ədədi isə avtobuslar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər