330x110
 

Koronovirusun sahibkarlara vurduğu ziyan öyrənilir - Təcili görüş

19.03.2020,10:42


19 mart, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının yerli sahibkarlara təsirini öyrənmək məqsədilə növbəti görüşü ictimai-iaşə və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirib.

ABC.AZ xəbər verir ki, görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyekti iştirak edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, koronavirusun yerli sahibkarlara, xüsusilə də kiçik və orta biznes (KOB) subyektlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün Agentlik tərəfindən KOB-larla görüşlər keçirilir, onlar arasında sorğular aparılır.

Məqsəd koronavirus infeksiyasının ictimai-iaşə və ticarət sektoruna təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, sahibkarların gözləntilərinin və təkliflərinin dinlənilməsidir

Müəllif: Elmir Murad