Azərbaycanda banklara faizsiz kreditlər verilə bilər - Artıq təklif verilib

14:01 - 30.03.2020


30 mart, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən kommersiya banklarına faizsiz kreditlərin verilməsi təklif olunub.

 Bunu ABC.AZ-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

 Onun sözlərinə görə, Mərkəzi Banka faizsiz kreditlərlə yanaşı aşağı faizli kreditin də verilməsi təklif edilib. V.Bayramov bunun bir sıra müsbət nəticələri olacağına inanır. Deputat hesab edir ki, bu kommersiya banklarının likvidliyini qorunub saxlanmasına, digər tərəfdən isə vətəndaşların maddi durumunun yaxşılaşmasına gətirib çıxaracaq. "Bu addım həm sahibkar, həm də vətəndaşların sosial vəziyyəti üçün vacib amildir. Ona görə də belə bir təklif irəli sürmüşük" deyə V. Bayramov bildirib.

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər