Bankların cəmi aktivləri çoxalıb - Hesabat açıqlandı

12:15 - 31.03.2020


31 mart, Fineko/abc.az. 2020-ci il fevralın 29-u tarixinə olan məlumata görə, Azərbaycanın bank sektorunun cəmi aktivləri 33 milyard 195 milyon 900 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Mərkəzi Bankın hesabatında qeyd olunub. Hesabata əsasən, bu, yanvarın sonu ilə müqayisədə 332 milyon 700 min  manat və ya 1% çoxdur.

Bu onu göstərir ki, bank sektoru ilk 2 ayı 97,9 milyon manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövründəkindən təxminən 2 dəfə çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər