Bölgələrdə məcburi köçkünlərə ev veriləcək - Bu il

17:50 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Bu ilin ilk aylarında məcburi köçkünlər üçün Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində 645 fərdi evdən ibarət 3 qəsəbə və Füzuli rayonu ərazisində 95 həyatyanı sahəsi olan evlərdən ibarət yeni qəsəbənin tikintisi başa çatdırılacaq.

ABC.AZ Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatına istinadən xəbər verir ki, sənəddə qeyd olunub ki, 2020-ci ilin birinci rübündə məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsinə başlanılacaq.

 

Bütün xəbərlər