330x110
 

2020-ci ildə iqtisadi artım azalacaq - Beynəlxalq təşkilatdan Azərbaycanla bağlı pronqoz

03.04.2020,10:33


3 aprel, Fineko/abc.az. Azərbaycanda qida məhsullarına qiymətlərin qalxması səbəbindən inflyasiyanın yüksəlişi fonunda vergi güzəştləri və qaz hasilatının artırılması 2019-cu ildə iqtisadi artım tempinin güclənməsinə səbəb olub.

ABC.AZ xəbər verir ki, bu barədə Asiyanın İnkişaf Bankının Azərbaycanla bağlı  Hesabatında qeyd olunub.

Hesabata əsasən neft qiymətlərinin enməsi cari əməliyyatlar hesabının profisitinin azalması ilə nəticələnib.

Qeyd olunub ki, büdcə xərclərinin artırılmasına baxmayaraq, COVID-19 yeni növ koronavirus pandemiyası zəminində

profisitin daha da azalması 2020-ci ildə iqtisadi artımın səngiməsinə səbəb olacaq. Bununla belə, iqtisadi artımın 2021-ci ildə bərpa olunacağı gözlənilir. İqtisadi artım tempinin güclənməsi zəminində inflyasiyanın əvvəl zəifləyəcəyi, 2021-ci ildə isə sürətlənəcəyi proqnozlaşdırılır. 2020-ci ildə neft qiymətlərinin aşağı olması fonunda cari əməliyyatlar hesabının profisiti azalacaq, 2021-ci ildə isə neft qiymətlərinin proqnozlaşdırılan dirçəlişi zəminində isə genişlənəcək. Hökumət büdcə vəsaitinin bölgüsünün səmərəliliyini gücləndirməlidir.

Müəllif: Elmir Murad