Banklara vətəndaşı sıxmamaq göstərişi verilib - Rəsmi

14:19 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Banklara müəyyən möhlətlərin verilməsi və vətəndaşı sıxmasınlar deyə tövsiyələr edilib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İctimai TV-yə müsahibəsində deyib.

Nazir müavini qeyd edib ki, sözügedən məsələ ilə bağlı hazırda işçi qrup Mərkəzi Bankla birgə təkliflər paketi hazırlayır: “Təbii ki, bu situasiyada həmin vətəndaşlara möhlət verilməsi zərurətdən irəli gəlir və bu məsələlər müzakirə olunur. Banklar da sahibkarlıq subyektidir və dövlətin onların fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur. Banklara tövsiyə olunur ki, müəyyən möhlətlər edilsin, vətəndaşı sıxmasınlar. Dövlət də valyuta bazarının tənzimlənməsi və digər məsələlərlə işlər aparır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər