330x110
 

Gürcüstanın maşın bazarı böhrandadı - Satışlar dayanıb

07.04.2020,16:06


7 aprel, Fineko/abc.az. Gürcüatanda koronavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət, sərhədlərin bağlanması və ümumi karantin yerli avtomobil bazarında dərin böhrana səbəb olub.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın “Commersant.ge” portalı məlumat verib. Portalın yazdığına görə, avtodilerlər hesab edir ki, vəziyyət daha da pisləşəcək. Onların fikrincə, hazırda əhali gündəlik tələbat məhsulları və maşın arasında seçim etdikdə təbii ki, böyük əksəriyyət birinciyə üstünlük verərək avtomobil almağı gələcəyə saxlayır. Məlumatda qeyd olunub ki, avtomobil bazarı ilə yanaşı onlayn satışlar da 50% azalıb.

Avtomobillərin qiyməti dəyişməz qalsa da, potensial alıcılar mövcud vəziyyətə görə maşın almaqdan çəkinirlər və öz maliyyə imkanlarını digər həyati əhəmiyyətli istiqamətlərə yönəldirlər.

Qeyd edək ki, avtomobil sarışı Gürcüstanın bir nömrəli ixrac məhsuludur. Bu ilin yanvar-fevral aylarında ölkə 99,6 milyon ABŞ dolları dəyərində minik maşını ixrac edib ki, bu malın ümumi ixracdakı payı 18,9%-ə bərabər olub. Hesabat dövründə ixracın 61%-i Azərbaycanın payına düşüb.

Müəllif: Elmir Murad