330x110
 

Vergi ödəyicilərinə 2 mərhələdə ödəmələr olacaq

08.04.2020,14:06


8 aprel, Fineko/abc.az. Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

ABC.AZ Vergilər Nazirliyinin sahibkarlara dəstək mexanizmi ilə bağlı yaydığı məlumata istinadən xəbər verir ki, bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir.

Məlumatda o da qeyd olunub ki, vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Müəllif: Elmir Murad