Samuxda suya olan tələbatı ödəmək üçün pul ayrıldı – Sərəncam

15:11 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, sərəncama əsasən, Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli su tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,05 milyon  manat ayrıldı.

 

Bütün xəbərlər