330x110
 

Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib

09.04.2020,10:51


9 aprel, Fineko/abc.az. 2020-ci ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barrel olub.

Bu barədə ABC.AZ-a Energetika nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, bunun 683,7 min barrelini xam neft, 80,2 min barrelini kondensat təşkil edib. Gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac edilib.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.