Aİ Azərbaycanın kənd təsərrüfatı sektoruna 2 milyon avro ayırıb

17:02 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Avropa İttifaqının kənd təsərrüfatı sahəsində ümumi dəyəri təxminən 2 milyon avro olan 4 qrant müqaviləsi Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, məqsəd yerli qida konsepsiyalarını təşviq etməklə, eləcə də kənd təsərrüfatı üzrə yerli məsləhət xidmətləri şəbəkələrini yaratmaqla kənd əhalisinin gəlirlərinin gücləndirilməsi və diversifikasiyasıdr.

“Bu müqavilələr Azərbaycanın hər yerində kiçik və orta ölçülü aqro-biznes sahiblərinə praktik dəstəyi təmin edəcək, onlara bizneslərini daha da inkişaf etdirməkdə, iş yerləri açmaqda və gəlir əldə etməkdə yardımçı olacaq.”, -deyə Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Səfir Kestutis Yankauskas qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər