Neft Fondunun 3 aydakı xərcləri açıqlanıb

10:27 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə xərcləri 4 milyard 697,8 milyon manat təşkil edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilib.

Belə ki, ölkənin valyuta bazarında xarici valyutaya artan tələbin qarşılanması məqsədilə 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 2 milyard 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb.  Bunun müqabilində 4 milyard 712,1 milyon manat vəsait satın alınıb. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 milyard 631,0 milyon manat, o cümlədən vaxtından əvvəl 1 milyard 793,5 milyon manat vəsait transfer edilib.

 

Bütün xəbərlər