Donald Tramp neftin qiymətindən danışdı - Bahalaşacaq

10:12 - 21.04.2020


21 aprel, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp neft qiymətlərini şərh edərkən bildirib ki, bu, qısamüddətli tendensiyadır.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, D.Tramp jurnalistlərlə görüşündə bir ay ərzində vəziyyətin stabilləşəcəyini və neftin bir barelinin qiymətinin 28 dollara qədər yüksələcəyini söyləyib.

D.Tramp əlavə edib ki, hazırkı qiymətlər ABŞ-a milli və strateji ehtiyatları doldurmağa imkan verir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər