Azərbaycanda yeni yaradılan və ləğv edilən xarici müəssisələr - Say

14:15 - 21.04.2020


21 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,9 faiz artaraq 2020-ci il aprelin 1-i vəziyyətinə 149 min 51 olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, yanvar-mart ayları ərzində 2952 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 134 vahid isə ləğv edilib. İlk 3 ayda 751 xarici müəssisə (100% xarici  investisiyalı) yaradılıb, 21-i isə ləğv edilib.

Artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər