Üç ayda 128 milyon manat həcmində depozit cəlb edən bank - Hesabat

16:42 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət bankı Azər Türk Bank 2020-ci ilin 1-ci rübünün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, 01 aprel 2020-ci il tarixində Bankın məcmu kapitalının həcmi 50,5 milyon manat təşkil edib. Məcmu kapitalın adekvatlığı 36%, leverec əmsalı 14% səviyyəsində olmuşdur ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Kapitalın gəlirliliyi ( RoE əmsalı) 2% səviyyəsində olub. Cəmi bank öhdəliklərinin həcmi  282 milyon manat təşkil edib.

Bank 128 milyon manat həcmində depozit cəlb edib ki, bunun da 41,8 milyon manatı əhalinin əmanətləridir.

Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artaraq 74 467 nəfərə çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər