Bu rayonda Radio-Televiziya Ötürücü Stansiyasına yeni bina tikilib - Yenilik

15:25 - 28.04.2020


28 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək, 13 milyon 380 min 100 manat olub.

ABC.AZ Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi xidmətlərin 80,2 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb. 2020-ci ilin birinci rübündə muxtar respublikada 1 poçt bölməsi yeni bina ilə təmin olunub, 1 avtomat telefon stansiyası quraşdırılıb.

Bununla yanaşı Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün bina istifadəyə verilib. Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilib, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisinə başlanılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər