Ötən günkü müxtəlif istiqamətli hərəkətlərdən sonra çərşənbə günü neft qiymətləri ticarətdə artır

10:11 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Çində xammala olan tələbatın bərpası ilə bağlı xəbərlərdə bu günki ticarətdə neft bahalaşır. Eyni zamanda, bazar hələ istehsalçılar tərəfindən xammal təklifinin əhəmiyyətli dərəcədə azaldığını hiss etmir.

Saat 8:55-də London ICE Futures birjasında Brent-in iyun ayına olan  fyuçers qiyməti $0,61 (2,98%) yüksələrək bir barelə $21,07 təşkil etdi.

Aprelin 28-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun ayına olan  fyuçers qiyməti $0,47 (2,35%) bahalaşaraq bir barelə $20,46 təşkil etdi.

Saat 8: 55-də  Nyu-York əmtəə birjasında(NYMEX) WTI-in iyun ayı üçün fyuçers qiyməti 1,27(10,29%) yüksələrək bir barelə $13,61təşkil etdi.

Aprelin 28-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə əsasən, iyun ayı üçün fyuçers qiyməti $0,44 (3,44%) düşərək bir barelə $12,34 təşkil etdi.

 

Bütün xəbərlər