Kredit portfeli 2,4 dəfə böyüyən bank

15:43 - 29.04.2020


29 aprel, Fineko/abc.az. “AFB Bank” ASC-nin mənfəəti 23 dəfə artıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, bank bu ilin I rübünü 2,553 milyon manat mənfəətlə başa vurub.

Bu rübün mənfəəti ötən ilin eyni dövrünün mənfəətindən 23 dəfə çoxdur. Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 9,566 milyon manat (illik müqayisədə 1,2% az), xərcləri 4,906 milyon manat (9,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,107 milyon manat (49% az) təşkil edib. Bu il aprelin 1-nə "AFB Bank"ın aktivləri 577,459 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,6% çoxdur. Bunun 395,252 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Son 1 ildə Bankın kredit portfeli 2,4 dəfə böyüyüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər