Neft ucuzlaşır, Brent bir barel başına $25,95 səviyyədədir

10:36 - 4.05.2020


1 may, Fineko/abc.az. Neft qiymətləri bazar ertəsi ABŞ ilə Çin arasında ticarət müharibəsinin yenilənməsi xəbərləri fonunda azalmaqdadır.

Saat 10:00-da London ICE Futures neft birjasında Brent-in iyul ayına olan fyuçers qiyməti $0,49 (1,85%) – barel başına $25,95-ə düşdü.

Mayın 1-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, iyul fyuçersləri barel başına 0,04 (0,15%) $26,44-ə qədər ucuzlaşıb.

Saat 10:00-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyun ayına olan fyuçersi $1,37 (6,93%) – barel başına $18,41-ə qədər azaldı.

May ayının 1-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə, WTI-in iyun ayına olan fyuçersi $0,94 (5%) - bir barel üçün $19,78-ə yüksəldi.

 

Bütün xəbərlər