Dövlət Neft Fonduna 2 milyard dollar daxil olub - 4 ayda

14:22 - 4.05.2020


4 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə daxil olan vəsaitin həcmi məlum olub.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, sözügedən blok üzrə mənffət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından Fonda 1,983 mlrd. ABŞ dolları daxil olub.

Bu məbləğin 112 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər