330x110
 

Karantin qaydaları yenidən sərtləşə bilərmi? - Ehtimallar

08.05.2020,12:30


8 may, Fineko/abc.az. Mayın 11-də Nazirlər Kabineti yanında Operativ Qərərgah karantin rejiminin hansı formada tətbiq olunacağı məsələsinə yenidən baxacaqlar.

ABC.AZ xəbər verir ki, sözügedən tarixdə metronun fəaliyyətinin bərpası, yaşı 65-dən yuxarı olanların küçəyə icazəli formada buraxılması və bir sıra digər məsələlərə baxılacaq.

Təbii ki, qərar virusa yoluxmanın dinamikasına uyğun veriləcək.

Amma məsələ burasındadır ki, mayın 4-də karantinin yumşaldılmasından sonra epidemiyaya yoluxma halı yenidən artıb, sağalananlar isə azalıb. Ona görə də indidən ehtimal oluna bilər ki, karantin rejiminin yenidən sərtləşəcəyi istisna deyil. Bunu bir sıra rəsmilər, o cümlədən dövlət başçısı da istisna etməyib. Rəsmilər insanları küçələrdə ara məsafəsi saxlamağa, gigiyenik qaydalara riayət etməyə səsləyir. Yokuxma sayının artmasını bəziləri hətta ikinci dalğa kimi dəyərləndirir. Ona görə də karantin və tətbiq edilən qaydalara riayət etməyə hamı borcludu. Özünüz, ətrafınız və yaxınlarınız üçün bunu hamı etməlidir. Karantin qaydalarının hansı formada tətbiq olunacağını isə mayın 11-də biləcəyik.

Müəllif: Elmir Murad