Bu sahələrdə qadağalar götürülmədi - Siyahı

16:42 - 15.05.2020


15 may, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanda bəzi qadağalar götürülb. Buna baxmayaraq hazırda xüsusi karantin rejimi müddətində ölkədə bir sıra məhdudiyyətlər qüvvədə qalır. ABC.AZ həmin məhdudiyyətləri təqdim edir:

• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər