330x110
 

Kənd təsərrüfatına ayrılan subsidiyalaşdırılma qaydası dəyişdi - Fərman

18.05.2020,16:24


  18 may, Fineko/abc.az. Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edib. 

ABC.AZ xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.