330x110
 

Qazaxıstan aluminumunu Ələt limanından istifadə edərək ixrac edəcək – Artıq proses başlayıb

21.05.2020,12:13


21 may, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu dəfə Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə, Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər, “Qazaxıstan elektroliz zavodu”na məxsus aluminium yükünü nəql etməyə başlayıb.

“ADY Express” MMC-dən ABC.AZ-a verilən məlumata görə, artıq Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən aluminium, Kurık limanına yola salınıb.

Kurık limandan vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra, buradan da Gürcüstanın Poti limanına yola salınıb. Yük vaqonları ümumi olaraq 4186 km məsafəni qət edərək ünvana çatdırılırb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.

Qeyd edək ki, bu vaxta qədər artıq 326 vaqonla, 21 488 ton aluminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 585 ton həmin yükün nəql edilməsi planlaşdırılan. Layihə uzun müddətə nəzərdə tutulub.