330x110
 

AG Bank və NBC Bank-ın kreditorlarlna müraciət – Bu ünvanlara müraciət edin

31.05.2020,17:40


31 may, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “AG Bank” ASC-nin və “NBC Bank” ASC-nin kreditorlarına yenidən müraciət edib.

ADIF-dən ABC.AZ-a bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarları ilə “AG Bank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Eyni qərarlarla Əmanətlərin Sığortalanması Fondu hər iki bankın ləğvedicisi təyin olunub. Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-nin kreditorlarından iyunun 2-dən kreditor tələbinin qeydiyyata alınması üçün qeyd edilən ünvana müraciət etmələri xahiş olunur:

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010), “qaynar xətt”: 135

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Kreditor tələbləri qeydiyyatı iyulun 15-dək aparılacaq.