ATƏT atəşkəs rejiminə riayət edilməsinə dair monitorinq keçirib

13:06 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. ATƏT  yanvarın 16-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, monitorinq insidentsiz başa çatıb.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb”, - Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

 

Bütün xəbərlər