Fərdi sahibkarlara 60 milyon manatdan çox pul verilib – Köçürülmə davam edir

12:41 - 4.06.2020


4 iyun, Fineko/abc.az. İyunun 2-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 155 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 min 146 fərdi (mikro) sahibkar, cəmi 141 min 301 vergiödəyicisi müraciət edib.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 min 141 işçini əhatə edən 28 min 155 vergiödəyicisi müraciət edib.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,43 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,71 milyon manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 464 vergiödəyicisinə 202 min 647 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 85,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 min 146 vergiödəyicisindən müraciət daxil olub, 105 min 731 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,02 milyon manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,56 milyon manat vəsaitin 101 min 39 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər