330x110
 

Cərimələrdən toplanan vəsaitlər xəstəliklə mübarizəyə sərf olunur – Açıqlama

05.06.2020,10:18


5 iyun, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev karantin zamanı polis tərəfindən yazılan cərimələrdən yığılan vəsaitin xərclənmə istiqamətindən danışıb.

ABC.AZ-ın məlumatına görə, AzTV-nin “Hədəf” verilişində qonaq olarkən danışan K.Əliyev qeyd edib ki, sosial şəbəkələrdə bəzən polisin faiz aldığına görə cərimələr yazdığı iddia olunur.

O, səsləndirilən ittihamlara münasibət bildirərərək qeyd edib ki, koronavirus xəstəliyi ilə ön cəbhədə mübarizə aparan həkimlər və polislər əsas risk qrupuna daxil olanlardır: "Buna baxmayaraq, bəzən sosial şəbəkələrdə yazırlar ki, həkimlər bilərəkdən bu formaya əl atır, kimi deyir polis oradan faiz alacaq ona görə insanları cərimə edir. Amma bir daha insanlara demək istəyirəm ki, polis öz həyatı, sağlamlığı, ailəsinin, yaxınlarının sağlamlığı ilə risk edib kimisə cərimə edirsə, o pulun 1 manatı belə nə polisin maaşına əlavə olunur, nə də dövlət büdcəsinə gedir. Cərimələrdən toplanan vəsaitlərin hamısı o xəstəliklə mübarizəyə sərf olunur”.