Azərbaycanda bu məhsulun istehsalı artıb – 5 ayın nəticəsi

11:11 - 16.06.2020


16 iyun, Fineko/abc.az. 2020-ci ilin 5 ayında (yanvar-may) Azərbaycanda 836,3 milyon ədəd yumurta istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yumurta istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb.

Belə ki, 2019-cu ilin yanvar - may aylarında 765,5 milyon ədəd yumurta istehsal edilmişdi.

Qeyd edək ki, ötən il bütövlükdə isə Azərbaycanda 1 milyard 827,1 milyon ədəd yumurta istehsal edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər