Biləsuvar rayonuna pul ayrıldı – Sərəncam

12:06 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

ABC xəbər verir ki, Sərəncama əsasən, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılıb.

 

Bütün xəbərlər