“Bakı Texnika Sənaye” ASC hesabat verəcək – Səhmdarlar toplanır

10:39 - 23.06.2020


23 iyun, Fineko/abc.az. “Bakı Texnika Sənaye” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, iyulun 30-u saat 11-də baş tutacaq yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2019-cu il üzrə yekun hesabatının müzakirəsi və təsdiqi və təşkilati məsələlər daxildir.

Ümumi yığıncaqda bütün səhmdarlar iştirak edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər