Neft, ötən günkü artımdan sonra sabitdir, Brent barel başına $42 səviyyəsindədir

10:04 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Cümə axşamı günü neftin etalon markalarının qiyməti ötən gün artandan sonra zəif dəyişir.

Saat 9:20-də London ICE Futures neft birjasında Brentin sentyabr ayı üzrə fyuçersi $0,03 (0,07%) – bir barelə $42,06-ə yüksəldi. 1 iyul ticarətinin nəticələrinə görə, sentyabr ayına olan Brent qiyməti $0,76 (1,8%) – bir barelə $42,03 səviyyəsinə yüksəldi.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,02 (0,05%) – bir barelə $39,80-ə qədər aşağı düşdü. İyulun 1-də hərracların nəticələrinə görə, avqust ayı üçün WTI müqavilələrinin dəyəri $0,55 (1,4%) artaraq barel başına $39,82-a çatıb.

Dow Jones Market Data-ın məlumatına görə, 2020-ci ilin birinci yarısında neft 36% ucuzlaşıb, ikinci rübdə qiymətlər təxminən 92% bahalaşıb.

 

 

Bütün xəbərlər