Mərkəzi Bank Bank banklara 53,1 milyon dollar satıb

15:40 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyulun 2-də valyuta hərracında banklara $53,1 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $53,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər