Manatın real effektiv məzənnəsində kəsir olub – Ötən il

10:47 - 3.07.2020


3 iyul, Fineko/abc.az. 2019-cu il üçün Azərbaycanda Cari Əməliyyatlar Balansının EBA-lite metodologiyası ilə hesabalanan dəyəri onun faktiki dəyərindən 1,6 faiz yüksəkdir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, bu isə onu göstərir ki, bizdə milli valyutanın real effektiv məzənnəsi yüksək qiymətləndirilib: "Keçən il manatın real effektiv məzənnə kəsiri (REER Gap) 13,3% təşkil edib. Bu ilin ilk 6 ayında Cari Əməliyyatlar Balansında kəsirin yaranma ehtimalı və manatın nominal məzənnəsinin ticarət partnyoru olan ölkələrlə müqayisədə yüksəlməsi milli valyutanın real effektiv məzənnəsinin daha da bahalaşmasını deməyə əsas yaradır”.

 

Bütün xəbərlər