330x110
 

Gürcüstan Azərbaycanla sərhəddi açmaq üçün şərt qoydu – Nazirdən açıqlama

08.07.2020,15:53


8 iyul, Fineko/abc.az. Gürcüstanın ənənəvi turizm bazarlarında pandemiyaya qalib gəlinərsə və nisbətən təhlükəsiz templərə nail olunarsa, yalnız bu halda qonşu ölkələrlə sərhədlər açıla bilər.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri İvane Maçavariani deyib.

Nazir qeyd edib ki, Gürcüstan epidemioloji vəziyyətini qurban verə bilməz. Onun sözlərinə görə risk və potensial fayda balanslaşdırılmalıdır. Əks halda, Gürcüstan risklə üz-üzə qala bilər. Nazir əlavə edib ki, Gürcüstanın turizmdən əldə etdiyi gəlirin 80%-i qonşu ölkələrin payına düşür: “Ötən il Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədən milyon nəfərdən çox turist qəbul etmişik. Gürcüstanda beynəlxalq turizmlə bağlı koronavirusun idxalı minimal həddə olmalıdır”.

Müəllif: Elmir Murad